Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.
"Report"un məlumatına görə, final oyununda "Xilasedici" "Ordu" ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma "Xilasedici"nin qələbəsi ilə yekunlaşıb - 3:1 (24:26, 25:16, 27:25, 25:21).
Beləliklə, komanda ölkə çempionu adına sahib çıxıb.
Xatırladaq ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" "Murov Az Terminal"ı üstələyib - 3:0.