"Sumqayıt" basketbol klubu Kamran İmanovla yeni müqavilə bağlayıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Ötən mövsüm də komandanın şərəfini qorumuş basketbolçu ilə daha 1 illik anlaşma əldə olunub.
Qeyd edək ki, K.İmanov klub yarandığı ildən müəyyən fasilələrlə hər üç mövsümdə "Sumqayıt"ın formasını geyinib.