"Sabah"ın Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib

"Sabah" basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib.

"Report"un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində baş tutub.

Püşkatmanın nəticələrinə əsasən, Bakı klubu B qrupunda "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.

Digər xəbərlər