"Sabah" ardıcıl üçüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.
"Report"un məlumatına görə, final seriyasının Bakı İdman Sarayında təşkil olunan altıncı oyununda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn "bayquşlar" qızıl medallara sahib çıxıblar.
Qeyd edək ki, Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv final seriyasında dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.