Azərbaycan Basketbol Liqasının yeni mövsümünə start verilib.
"Report"un məlumatına görə, I turun ilk oyununda "LANDAU Lions"la üz-üzə gələn son çempion "Sabah" qələbə qazanıb.
Bakı İdman Sarayında keçirilən qarşılaşma "bayquşlar"ın 84:74 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, I turun digər oyunları 2, 3 və 4 oktyabrda baş tutacaq