Rusiyanın kişilərdən ibarət hokkey yığması 2018-ci il Qış Olimpiya Oyunlarının qalibi olub

Bakı. 25 fevral. REPORT.AZ/ Rusiyanın kişilərdən ibarət hokkey yığması 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının qalibi olub.

"Report"un məlumatına görə, qonşu ölkə millisi finalda Almaniyaya qalib gəlib.

Görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Bu səbəbdən, 20 dəqiqəlik əlavə hissə təyin olunub. Bu zaman Rusiya millisi daha bir qol vuraraq, Olimpiya çempionu adını qazanıb.

Bu, Rusiya millisinin Olimpiadada ikinci qızıl medalıdır.

Digər xəbərlər