Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gəliblər.

Qarşılaşma birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Milli Aviasiya Akademiyası” - "Azərreyl" matçında isə ikincilər 3:2 hesabı ilə qalib gəliblər.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.

Xəbər lenti