"Neftçi" voleybol komandası Yüksək Liqada inamlı qələbə qazanıb

Kişi voleybolçulardan ibarət "Neftçi" komandası Azərbaycan Yüksək Liqasında inamlı qələbə qazanıb.

"Report"un məlumatına görə, XIII turun bu gün baş tutan yeganə matçında "ağ-qaralar" MOİK-ə şans verməyib.

Qarşılaşma "Neftçi"nin 3:0 (25:15, 25:23, 25:9) hesablı qalibiyyəti ilə bitib.

Qeyd edək ki, tura martın 3-də yekun vurulacaq.

Digər xəbərlər