"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab görüşünə çıxan "ağ-qaralar" 61:73 hesabı ilə uduzsalar da, iki qarşılaşmanın ümumi hesabına əsasən əsas mərhələyə yüksəlməyi bacarıb.

Paytaxt təmsilçisi Bakıda keçirilən ilk görüşdə 80:67 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, "Neftçi" FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.

Digər xəbərlər