Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün yeganə görüşündə "Nyu-York Niks" və "İndiana" komandaları üz-üzə gəliblər.
Qarşılaşmanın əsas vaxtı 125:125 hesabı ilə yekunlaşıb. "İndiana" əlavə vaxtda rəqibini 138:135 hesabı ilə üstələyərək seriyada 1:0 önə keçib.
Qeyd edək ki, digər yarımfinal matçında "Oklahoma" və "Minnesota" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Tərəflər arasındakı ikinci oyun mayın 23-də olacaq. İlk qarşılaşmada "Oklahoma" qalib gəlib.