NBA-da müntəzəm mövsümün izləyici sayı 86 faiz artıb

Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün izləyicilərinin sayı 86 faiz artıb.

"Report" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

170 milyon insan yarışın dörd əsas yayım platformasında oyunlara baxıb.

Bildirilib ki, bu, turnirin son 24 ildəki ən yaxşı göstəricisidir. 2024/2025 mövsümü ilə müqayisədə isə 86 faiz artım qeydə alınıb.

Digər xəbərlər