Millinin baş məşqçisi: "Azərbaycan Basketbol Liqasında "Sabah" - "Neftçi" finalı görə bilərik"

Azərbaycan Basketbol Liqasında "Sabah" - "Neftçi" finalı görə bilərik.

Bunu "Report"a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis yarışın əsas favoritini də açıqlayıb:

"Sabah" çempionatda favoritdir. Bunu hamı bilir. Çox yaxşı baş məşqçiləri, oyunçuları var. Məncə, komanda qızıl medal uğrunda görüşlərdə "Neftçi" ilə üz-üzə gələ bilər. "Naxçıvan" və "Abşeron" kollektivəri də buna layiqdirlər. Parketdə özünü daha yaxşı göstərən komandalar qalib gələcəklər".

Qeyd edək ki, ötən mövsüm "Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.

Xəbər lenti