Milli Hokkey Liqasının oyunları yayda keçirilə bilər

Amerika Milli Hokkey Liqasının (NHL) komissarı Hari Bettman mövsümün nə vaxt bərpa oluna biləcəyi barədə danışıb.

“Report” xəbər verir ki, bu barədə NHL-nin rəsmi saytında məlumat yerləşdirilib.

“Yayda oynamağa başlaya bilərik. Əvvəla, insanlar üçün təhlükəsiz şərait yaratmaq lazımdır. Sağlamlığımızla risk etmək istəmirik”-deyə, Bettman bildirib.

Qeyd edək ki, dünyada davam edən koronavirus pandemiyası səbəbindən bir çox idman tədbirləri dayandırılıb. 

Digər xəbərlər