Lebron Ceyms NBA-da 70-ci dəfə həftənin ən yaxşı oyunçusu seçildi

ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms karyerasında 70-ci dəfə Milli Basketbol Assosiasiyasında (NBA) həftənin ən yaxşı oyunçusu seçilib.

"Report" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

"Los-Anceles Leykers" son həftədə beş oyun keçirib və bunların üçündə qələbə qazanıb.

41 yaşlı basketbolçu ortalama 24 xal, 9,7 məhsuldar ötürmə və 6 ribaundla yadda qalıb.

Xatırladaq ki, Lebron Ceyms 2018-ci ildən "Los-Anceles Leykers"də çıxış edir.

Digər xəbərlər