"Los-Anceles Leykers"in hücumçusu Lebron Ceyms 21 ildən sonra ilk dəfə NBA-da rəmzi "beşlik"dən kənarda qalacaq.
Report" xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli basketbolçu müntəzəm çempionatında "San-Antonio"ya qarşı matçda meydançaya çıxmayıb.
Bununla da o, mövsümün sonunda rəmzi yığmaya düşmək üçün tələb olunan minimum 65 oyun həddinə çata bilməyəcək. Bu, 41 yaşlı amerikalı basketbolçunun cari mövsümdə buraxdığı 18-ci qarşılaşma olub. L.Ceyms mövsümün sonunda NBA-nın rəmzi "beşlik"lərinə düşmək şansını itirib.
Qeyd edək ki, basketbolçu ardıcıl 21 il NBA-nın rəmzi "beşlik"lərinə daxil edilib ki, bu da liqa tarixində mütləq rekorddur.