Azərbaycanın stend atıcıları III MDB Oyunlarında bürünc medal qazanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, azərbaycanlı idmançılar Cavid Həsənov və Cəmilə Paşayeva stend atıcılığı yarışında üçüncü olub.
Rusiyalı İlya Kuşaqin və Yelizaveta Yevqrafova qızıl, qazaxıstanlı Maksim Poşivalov və Lidiya Başarova gümüş mükafata sahib çıxıblar.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.