İran idman komandaları və idmançılarının Türkiyəyə getməsinə qadağa qoyub

Bakı. 21 dekabr. REPORT.AZ/ İranın İdman Nazirliyi bütün idman federasiyalarına Türkiyəyə komanda və idmançı göndərmələrini qadağan edib.

“Report” xəbər verir ki, bu haqda İranın Ankaradakı səfirliyinin rəsmi saytında məlumat yayılıb.

İnformasiyaya əsasən səfirlik bildirib: “Bu qərar Türkiyədəki mövcud vəziyyət və təhlükəsizlik məsələləri lə bağlı qəbul edilib”.

Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi zərurət olmadığı halda vətəndaşlarına Türkiyəyə getməməyi də məsləhət görüb. 

Digər xəbərlər