Kişi həndbolçular arasında Azərbaycan çempionatında final mərhələsinin daha iki oyunu baş tutub.
"Report"un məlumatına görə, V-VI yerlər uğrunda mübarizə aparan “İdman Akademiyası” və “Dinamo” komandaları üz-üzə gəliblər.
Qarşılaşma "Dinamo"nun qələbəsi ilə bitib - 35:30.
“Təhsil” – “Gənclər Birliyi” matçında isə nominal ev sahibi qalib gəlib – 38:24.