"Gəncə" və "Neftçi" basketbol komandaları yoxlama oyununda üz-üzə gələcəklər.
Gəncə kollektivinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni mövsüm öncəsi hazırlıq matçı Bakı İdman Sarayında təşkil olunacaq.
Qarşılaşma sentyabrın 19-da, saat 19:00-da start götürəcək.