"Gəncə" klubu üç voleybolçusu ilə yolları ayırıb.
Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Klub Aysu Elveren, Şaron Çepçumba Kiprono və Hayat Matukla vidalaşıb.
Qeyd edək ki, "Gəncə" Azərbaycan Yüksək Liqasının 2025/2026 mövsümünü bürünc medalla başa vurub.