Bakı. 26 yanvar. REPORT.AZ/ Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva 14 futzalçıya dəvət göndərib:
| N | ADI, SOYAD | KLUB |
| 1 | Rövşən Hüseynli | Araz |
| 2 | Rizvan Fərzəliyev | Araz |
| 3 | Eduardo Mello Borges | Araz |
| 4 | Everton Kardoso | Araz |
| 5 | Ramiz Çovdarov | Araz |
| 6 | Thiaqo Teles Martins | Araz |
| 7 | İsa Atayev | Araz |
| 8 | Xətai Bağırov | Araz |
| 9 | Samir Həmzəyev | EKOL |
| 10 | Emin Kürdov | EKOL |
| 11 | Namiq Məmmədkərimov | EKOL |
| 12 | Villiams Oliveira Do Nascimento “Vassoura” | Al Dhafra (Birləşmiş Ərəb Əmirlikləri) |
| 13 | Fineo de Araujo | Agleymina Hamamatsu (Yaponiya) |
| 14 | Vitali Borisov | Ekonomaç (Serbiya) |