Bakı. 30 iyul. REPORT.AZ/ "Ferrari" komandasında çıxış edən alman sürücü Sebastyan Fettel "Formula-1" sinfli yarışlar üzrə dünya çempionatının növbəti mərhələsinin - Macarıstan Qran-prisinin qalibi olub.
"Report" xəbər verir ki, bu barədə bazar günü "İnterfax" məlumat yayıb.
İkinci yeri onun finlandiyalı komanda yoldaşı Kimi Raykonnen, üçüncü yeri isə "Mercedes" komandasında çıxış edən britaniyalı Luis Hemilton tutub.