Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatında qarışıq komanda yarışındakı rəqibi müəyyənləşib

Azərbaycan millisinin Monteneqroda keçirilən cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışındakı rəqibi müəyyənləşib.

"Report" xəbər verir ki, yığma 1/8 finalda Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, püşk daha əvvəl atılsa da, yarış təlimatlarının pozulması səbəbindən mərasim təkrarlanıb.

Qarışıq komanda yarışı aprelin 27-də keçiriləcək.

Xəbər lenti