Bakıda Dövlət Bayrağı gününə həsr olunan veloyürüş keçirilib

Bakı. 9 noyabr. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) velosiped idmanı klubunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkil etdikləri 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

"Report" DTX-ya istinadən xəbər verir ki, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, DTX-nin velosiped idmanı klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər. 

“Azneft” dairəsindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Sonda veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda xatirə şəkilləri çəkdiriblər.

Digər xəbərlər