"Azərreyl"in voleybolçusu Yüksək Liqanın qalibi olmalarını şərh edib

"Azərreyl"in qadınlardan ibarət voleybol komandasının üzvü Anastasiya Şupianiova Azərbaycan Yüksək Liqasının qalibi olmalarını şərh edib.

"Report"un məlumatına görə, o, mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verib.

Voleybolçu qələbəyə inanaraq meydana çıxdıqlarını bildirib: 

"Finalın ilk matçında 0:3 hesabı ilə məğlub olmağımıza baxmayaraq, qalib gələcəyimizə inanırdıq. Biz bir komandayıq. Mübarizə apardıq və bir-birimizə güvəndik".

Qeyd edək ki, "Azərreyl" ikinci final matçında "Abşeron"u "qızıl set"də məğlub edərək Azərbaycan çempionu adını qazanıb.

Xəbər lenti