Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib

Azərbaycanın oğlanlardan ibarət U-20 basketbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda oyunlarda ilk görüşünü keçirib.

Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Millimiz İsveçrə seçməsi ilə oyunda hesabda geri olsa da, geridönüş edərək yekunda 72:66 hesablı qələbə qazanıb. Görüşün ən məhsuldar oyunçusu 25 xal, 6 assist, 5 ribaund ilə millimizin üzvü Derin Berkoz seçilib.

Qeyd edək ki, yığmanın növbəti oyunu 18 iyulda baş tutacaq. Rəqib Danimarka - Bosniya və Herseqovina cütünün qalibi olacaq.

Digər xəbərlər