Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

"Report"un məlumatına görə, həlledici qarşılaşmada rəqib Avstriya yığması olacaq. Səfər görüşü Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.

Hazırda 9 xalla D qrupunda 2-ci pillədə yer alan yığma final mərhələsinə vəsiqə əldə etmək qələbə qazanmalı, ən pis halda 2:3 hesabı ilə uduzmalıdır. Avstriya seçməsi Azərbaycandan 2 xal geri qalır.

Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsinə yüksələcək. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.

Digər xəbərlər