Azərbaycanın kişi basketbolçulardan ibarət yığması Belarus millisi ilə iki yoxlama matçı keçirəcək.
Bu barədə "Report"a yığmanın baş məşqçisi Tahir Baxşıyev deyib.
Komanda Belarusla iyunun 20-si və 22-də Bakıda gücünü sınayacaq. Sınaq matçları Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində son qrup oyunlarına hazırlıq məqsədi daşıyacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyunlarını iyulun 2-də səfərdə Lüksemburqa, 5-də isə Bakıda İrlandiyaya qarşı keçirəcək.