2022/2023-cü il mövsümündə Azərbaycanı avrokubaklarda təmsil edəcək voleybol klubları dəqiqləşib.
Federasiyadan "Report"a verilən məlumata görə, Çağırış Kubokubda qadınlardan ibarət “Azərreyl” və kişilərdən ibarət “Murov” komandası mübarizə aparacaq.
Qeyd edək ki, "Azerreyl" ötən mövsüm Super Liqada 2-ci yeri tutub. "Murov" isə Yüksək Liqanın qalibi olub.