Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsinin həlledici oyunları baş tutub.
"Report" xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi finalda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində komandamız Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi 2026-cı il sentyabrın 11-13-də Belçikanın Antverpen şəhərində keçiriləcək.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.
"Report"un məlumatına görə, yığma Kosovo millisi ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yığma daha əvvəl Kipr (16:10) və Maltanı (15:14) məğlub edib.