Azərbaycan komandasının sabiq üzvü İspaniya klubu ilə anlaşıb

Azərbaycanın qadınlardan ibarət "Lokomotiv" klubunun sabiq voleybolçusu Olya Ehlenkonun yeni komandası müəyyənləşib. 

"Report"un məlumatına görə, 26 yaşlı ukraynalı oyunçu İspaniyanın "Palmas" klubuna keçib. 

O, İspaniya klubu ilə bir mövsümlük müqavilə imzalayıb. 

Qeyd edək ki, Olya Ehlenko 2017/2018 mövsümündə "Lokomotiv"də oynayıb. 

Digər xəbərlər