Azərbaycanın "Ocaq Sport" buzüstü hokkey komandası Dubayda keçirilən beynəlxalq "Galaxy Cup" turnirində uğurlu çıxış edib.
"Report" xəbər verir ki, təmsilçimiz 6 komanda arasında 3-cü yeri tutub.
İlk dəfə beynəlxalq turnirdə iştirak edən komandanın qapıçısı İlkin Qəmbərov isə ən yaxşı oyunçu adına layiq görülüb.