"Naxçıvan" basketbolçusu Cermeyn Marrou ilə yollarını ayırıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.
ABŞ-dən olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, basketbolçu ötən ilin sentyabrında "Naxçıvan"a keçib.