Azərbaycan klubu ABŞ-dən olan basketbolçunu heyətinə qatıb

"Abşeron Lions" heyətini yeni basketbolçu ilə gücləndirib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan oyunçu Ceylen Şou 2025/2026 mövsümündə Azərbaycan təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, basketbolçu son olaraq Avstriyada "Rayffeysen" klubunun formasını geyinib.

Digər xəbərlər