2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Sumqayıt" və NTD-İNDİQO yoxlama oyununda üz-üzə gəliblər.
"Report"un məlumatına görə, qarşılaşma Texniki Universitetin idman zalında baş tutub.
NTD-İNDİQO çempionatın debütantını 80:60 hesabı ilə üstələyib.
Qeyd edək ki, NTD-İNDİQO ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medal qazanıb.