Azərbaycan Basketbol Liqasında yeni mövsümə bu gün start veriləcək.
"Report"un məlumatına görə, I turun ilk oyununda son çempion "Sabah" "LANDAU Lions"la üz-üzə gələcək.
Matç Bakı İdman Sarayında, saat 19:30-da start götürəcək.
Xatırladaq ki, I turun digər oyunları 2, 3 və 4 oktyabrda baş tutacaq.