Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

"Report" xəbər verir ki, pley-in mərhələsində qarşılaşan "Abşeron" və NTD kollektivlərinin duelində 81:74 hesabı ilə qələbə qazanan birincilər pley-offa yüksəlib.

Tərəflər arasında  ilk oyunda “Abşeron” (88:74), ikinci görüşdə NTD (67:63) qalib gəlmişdi.

Növbəti mərhələyə adlayan digər komanda "Sərhədçi" olub. "Sumqayıt"a 96:94 hesabı ilə qalib gələn paytaxt təmsilçisi rəqibini mübarizədən kənarlaşdırıb.

Komandaların ilk görüşündə “Sərhədçi” (123:97), ikinci matçında isə “Sumqayıt” (100:97) qələbə qazanmışdı.

Qeyd edək ki, daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74), "Ordu" "Quba"nı (88:74, 92:88) məğlub edərək pley-offa yüksəlib.

Xəbər lenti