Azərbaycan Basketbol Liqasında II tura start verilib.
"Report"un məlumatına görə, günün yeganə oyununda "Sumqayıt" "Naxçıvan"ı qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 87:76.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Turun "Sabah" - "Gəncə" görüşü təxirə salınıb.