Robert Sekuta: "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

Bakı. 6 may. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, bu yaxınlarda ABŞ və Avropa arasında enerji təhlükəsizliyi üzrə məsləhətləşmələr aparılıb: "Bu məsləhətləşmələr zamanı Avropaya enerji çatdırılmasının diversifikasiyası məsələsi qaldırılıb və bu məsələdə Avropanın enerji təhlükəsizliyinin artırılmasına şərait yaradan Azərbaycanın rolu xüsusi vurğulanıb".

Səfir Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasının ABŞ və Azərbaycan arasında müzakirələrin və ümumilikdə Avropanın enerji təhlükəsizliyi məsələsinin əsas mövzularından biri olduğunu qeyd edib.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34