İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir.

Bu barədə "Report" Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.

Forum çərçivəsində E.Əliyev Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Fyodor Şukin və hökumət sədri Maqomed Ramazanovla görüşüb.

"Tərəflər Azərbaycan və Dağıstan Respublikası arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı məsələlərini müzakirə ediblər. Azərbaycan və Dağıstan şirkətləri arasında aqrar sektorda əməkdaşlıq haqqında sazişlər imzalanıb", - diplomatik nümayəndəliyin məlumatında qeyd olunub.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34