"Azərsu" 9 milyon manatlıq tenderə yekun vurub

"Azərsu" ASC Zabrat qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Mühəndis Tikinti Layihə” MMC-dir.

Qalib şirkətə 8 milyon 889,8 min manat ödəniləcək.

Digər xəbərlər