Yasamal və Nəsimi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədar bu gün saat 23:00-dan fevralın 23-ü saat 12:00-dək Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Digər xəbərlər