Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Bakı. 10 may. REPORT.AZ/ Aparılan təmir işləri ilə əlaqədar mayın 12-də gecə saatlarından Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət təmir işləri bitənədək qüvvədə olacaq.

Digər xəbərlər