Xaçmaz və Xudatda yolların əsaslı təmirinə 1 milyon manat xərclənəcək

Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Taleh-A.T." Müəssisəsidir.

Qalib şirkətə 1,078 milyon manat ödəniləcək.

Digər xəbərlər