“Utair” şirkəti Surqut-Bakı marşrutu üzrə uçuşların sayını artırır

Rusiyanın “Utair” aviaşirkəti Surqut-Bakı marşrutu üzrə həftəlik uçuşların sayını 1-dən 2-ə çatdıracaq. 

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, artıq bu marşrut üzrə aviareyslər həftənin bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.

Ümumilikdə, “Utair” şirkəti Surqut şəhərindən 6 xarici ölkə şəhərinə - Bakı, Bişkek, İrəvan, Oş, Daşkənd və Xücəndə yeni reyslər əlavə edib.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28