Mənzil Afrika qitəsində urbanizasiya prosesinin əsas elementinə çevrilməlidir.
"Report"un məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə bildirib.
"Əgər mənzil məsələsi həll olunmasa, urbanizasiya xaotik və istisnaedici prosesə çevrilmə riski daşıyır. Mənzilin böyük multiplikator effekti var: o, ÜDM-nin artmasına kömək edir, yeni iş yerləri yaradır və yerli iqtisadiyyatın inkişafını stimullaşdırır. Buna görə də mən mənzil məsələsini Afrikanın urbanizasiyasının mərkəzinə qoymağa çağırıram", - A.Rossbax vurğulayıb.