Türkiyənin hava limanları idarəedicisinin gəlirləri 54% azalıb

Bu ilin III rübündə Türkiyənin “TAV Hava limanları” Holdinqinin gəlirləri illik müqayisədə 54% azalaraq 714,6 mln lirəyədək (89,71 mln ABŞ dolları) enib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Hesabat dövründə şirkətin xalis mənfəəti illik müqayisədə 20,7% azalaraq 444,9 mln lirəyə (55,85 mln ABŞ dolları) düşüb.

Qeyd edək ki, şirkətin gəlirlərinin azalmasına koronavirus pandemiyasının təsiri ilə mart ayının əvvəllərindən etibarən başlayan uçuş məhdudiyyətləri göstərilib.

Digər xəbərlər