Orta Dəhlizə Çinin konteyner daşıma şirkəti olan "China Railway Express"in qoşulması bu marşrut üzrə daşımaları iki dəfə artıracaq.
"Report" xəbər verir, bunu "Qazaxıstan Dəmir Yolu" Milli Şirkətinin İdarə Heyətinin sədri Talqat Aldıbergenov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda bu marşrut üzrə artım 12 % təşkil edir: "Bu dəhliz üzrə 317 konteyner qatarı hərəkət edib".