Sumqayıt və Abşeronun bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq

Bu gün Sumqayıt şəhəri və Abşeron rayonunun bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

Xəbər lenti