Şəmkirin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb 

Şəmkir rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kür qəsəbəsində və yaxın ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Səbəb isə rayon ərazisində müşahidə olunan yağıntılı hava şəraiti olduğu bildirilir.

Qeyd edək ki, Qərb bölgəsində yağışlı hava şəraiti müşahidə olunur.

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09